PIZZAHUT.RU İNTERNET SAYTI VASİTƏSİLƏ SATIŞ ŞƏRTLƏRİ

TERMİNLƏR

Müştəri — www.pizzahut.ru saytında Sifariş yerləşdirən və ya Mal alan və ya www.pizzahut.ru saytında alınmış Mallardan müstəsna olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayan şəxsi, ailə, ev və digər ehtiyaclar üçün istifadə edən şəxs kimi göstərilmiş tam fəaliyyət qabiliyyətli fiziki şəxs.

Satıcı — “Yam Restorants Raşa” MMC.

Sayt — İnternet şəbəkəsində www.pizzahut.ru ünvanına malik olan Satcıya məxsus internet saytı. Burada Satıcının Sifarişlərin rəsmiləşdirilməsi üçün öz Müştərilərinə təklif etdiyi mallar, eləcə də bu Sifarişlərin dəyərinin ödənilməsi və Müştərilərə çatdırılması şərtləri təqdim olunub.

Mal — Saytda, iOS, Android, vk.com və digər tətbiqlərdə təqdim edilmiş çeşidlərə uyğun məhsullar.

Sifariş — Müştərinin Saytda, iOS, Android, vk.com və ya digər tətbiqlərdə seçilmiş Mal siyahısının göstərilən ünvana çatdırılmasına dair lazımi şəkildə rəsmiləşdirilmiş sorğu.

Çatdırılma xidməti — Satıcının əməkdaşları və ya Satıcı ilə müqavilə əsasında Sifarişlərin Müştərilərə çatdırılması xidmətlərini göstərən üçüncü şəxslər.

Xarici sayt — qlobal İnternet şəbəkəsində olan və keçid linki www.pizzahut.ru saytında  yerləşdirilmiş sayt.

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Sayt “Yam Restorants Raşa” MMC-yə məxsusdur və onun tərəfindən idarə olunur.

1.2. Sayt vasitəsilə Mallar sifariş etməklə və “Davam et” düyməsini basmaqla, Müştəri öz fəaliyyət qabiliyyətini təsdiq edir, Malların satış Qaydaları ilə razılaşır və şəxsi məlumatlarının işlənməsinə razılıq verir.

1.3. Bu Şərtlər, eləcə də Mal haqqında Saytda təqdim edilmiş informasiya RF MM-in 435-ci maddəsi və ya 437-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq publik oferta deyil.

1.4. Müştəri və Satıcı arasında münasibətlərə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 07.02.1992-ci il tarixli, 2300-1 saylı RF Federal Qanununun müddəaları və onlara müvafiq olaraq qəbul edilmiş digər hüquqi aktlar tətbiq edilir.

1.5. Satıcı bu Şərtlərə dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla da əlaqədar olaraq Müştəri “Xidmət şərtləri” bölməsində yerləşdirilmiş Şərtlərdəki dəyişiklikləri mütəmadi olaraq izləməyi öz öhdəsinə götürür.

1.6. Müştəri Saytda Sifarişin rəsmiləşdirilməsinin son mərhələsində “Sifarişi təsdiq et” düyməsini basmaqla Şərtlərlə razılaşır.

2. SAYTDA QEYDİYYAT

2.1. Sifariş istər Saytda, iOS, Android, vk.com tətbiqlərində qeydiyyatdan keçməklə, istərsə də qeydiyyatsız həyata keçirilə bilər.

2.2. Satıcı Saytda qeydiyyat zamanı və ya Saytda qeydiyyatdan keçmədən Sifariş edən zaman Müştəri tərəfindən təqdim edilən informasiyanın dəqiqliyi və düzgünlüyünə görə məsuliyyət daşımır.

2.3. Müştəri qeydiyyat zamanı göstərilmiş istifadəçi adı və şifrəni üçüncü şəxslərə bildirməməyi öz öhdəsinə götürür. Müştəridə öz istifadəçi adı və şifrəsinin təhlükəsizliyi və ya onların üçüncü şəxslər tərəfindən sanksiyalaşdırılmamış istifadəsi mümkünlüyü ilə bağlı şübhələrinin yarandığı halda, Müştəri müştərilərlə iş xidmətinə elektron məktub göndərməklə, Satıcını bu barədə dərhal xəbərdar etməyi öz öhdəsinə götürür.  

3. SİFARİŞİN RƏSMİLƏŞDİRİLMƏSİ VƏ YERİNƏ YETİRİLMƏSİ MÜDDƏTİ

3.1. Müştərinin sifarişi aşağıdakı üsullarla rəsmiləşdirilə: telefonla qəbul edilə və ya Müştəri tərəfindən saytda müstəqil şəkildə rəsmiləşdirilə bilər. Sifarişin rəsmiləşdirilməsinin təfərrüatları “Necə sifariş etmək” bölməsində təsvir edilib.

3.2. Sifarişin rəsmiləşdirilməsi zamanı Müştəri aşağıdakı informasiyanı göstərməlidir:

  • Müştərinin və ya Sifarişi Alanın S.A.A.;
  • Sifarişin çatdırılma ünvanı;
  • əlaqə telefonu;

3.3. Sifariş rəsmiləşdirildikdən sonra Müştəriyə Sifarişin icra olunma statusu və Sifarişin ehtimal olunan çatdırılması vaxtı haqqında məlumat təqdim edilir.

3.4. Sifarişin çatdırılması hər gün saat 10-30-dan 23-30-dək həyata keçirilir.

3.5. Saytda təqdim edilmiş bütün informasiya materialları soraq xarakteri daşıyır və rəng, ölçü, dad, forma, qoxu və sair də daxil olmaqla, Malın xüsusiyyətləri və xarakteristikaları haqqında düzgün informasiyanı tam həcmdə ötürə bilmirlər.

4. ÇATDIRILMA

4.1. Malların çatdırılması üsulları Saytda “Necə sifariş etmək” bölməsində göstərilib.

4.2. Çatdırılma ərazisi hər bir konkret Pizza Hut restoranının ticarət fəaliyyəti zonası ilə müəyyən edilir. Ehtimal olunan çatdırılma ünvanının Pizza Hut xidmət zonasına daxil olub olmadığını Saytda, iOS, Android, vk.com və digər tətbiqlərdə “Çatdırılma ünvanını yoxlamaq” bölməsində dəqiq ünvanı daxil etməklə yoxlamaq olar.

4.3. Satıcı Saytda göstərilmiş çatdırılma müddətinə riayət etmək üçün hər cür səy göstərəcək, buna baxmayaraq, Satıcının təqsiri üzündən baş verməmiş qarşısıalınmaz hallar səbəbindən çatdırılmada yubanmalar mümkündür.

4.4. Malın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski Sifarişin ona təqdim edildiyi andan və Sifarişi alan şəxs tərəfindən Sifarişin çatdırılmasını təsdiq edən sənədlərdə imzanın qoyulması anından Müştəriyə keçir. Sifarişin çatdırılmadığı halda, Satıcı Çatdırılma xidmətindən Sifarişin itirilməsinin təsdiqini aldıqdan sonra Müştəri tərəfindən əvvəlcədən ödənilmiş Sifariş və çatdırılma dəyərini Müştəriyə ödəyir.

4.5. Hər bir sifariş üçün çatdırılma dəyəri İjevsk ş. üçün 79 rubl, RF-in bütün digər şəhərləri üçün 99 rubl təşkil edir. Çatdırılma ümumi sifariş məbləğinin 598 rubl və daha çox olduğu halda pulsuz həyata keçirilir.

4.6. Çatdırılma zamanı Sifariş Müştəriyə və ya Sifarişi Alan qismində göstərilmiş şəxsə təhvil verilir. Nağd hesablaşma ilə rəsmiləşdirilmiş Sifarişin yuxarıda göstərilmiş şəxslər tərəfindən alınmasının mümkün olmadığı halda, Sifariş onun haqqında məlumatları (göndərilmə nömrəsi və/və ya Alan şəxsin SAA) təqdim etməyə, eləcə də Sifarişin dəyərini Sifarişin çatdırılmasını həyata keçirən şəxsə tam həcmdə ödəməyə hazır olan şəxsə verilir.

4.7. Fırıldaqçılıq hallarına yol verilməməsi, eləcə də 4.6 bəndinə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün dəyəri əvvəlcədən ödənilmiş Sifarişi təhvil verən zaman Sifarişin çatdırılmasını həyata keçirən şəxs Alanın şəxsiyyətini təsdiq edən sənədi tələb etmək, eləcə də Alan tərəfindən təqdim edilmiş sənədin tipi və nömrəsini Sifarişə aid qəbzdə qeyd etməlidir. Satıcı Alanın şəxsi informasiyasının məxfiliyi və mühafizəsinə zəmanət verir (9.3.1 bəndi).

4.8. Sifarişi təhvil alan zaman Müştəri Sifarişin xarici görünüşü və qablaşdırmasını, Sifarişdə olan malların sayını, komplektliliyini, çeşidini yoxlamalıdır.

5. MALIN DƏYƏRİNİN ÖDƏNİLMƏSİ

5.1. Malın qiyməti Saytda göstərilir. Müştəri tərəfindən sifariş edilmiş Malın qiymətinin düzgün göstərilmədiyi halda, Satıcı mümkün olan kimi Sifarişin düzəldilmiş qiymətlə təsdiqlənməsi və ya Sifarişin ləğv edilməsi üçün Müştərini bu barədə məlumatlandırır. Müştəri ilə əlaqə saxlamağın mümkün olmadığı halda, bu Sifariş ləğv edilmiş hesab olunur. Sifarişin dəyərinin ödənildiyi halda, Satıcı Sifarişə görə ödənilmiş məbləği Müştəri tərəfindən Malın dəyərinin ödənilməsi zamanı istifadə olunmuş üsulla Müştəriyə qaytarır.

5.2. Malın qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Malın qiyməti Sifarişin rəsmiləşdirilməsinin son mərhələsində göstərilir və “Sifarişi təsdiq et” düyməsinin basıldığı anadək etibarlıdır. Bu halda Müştəri tərəfindən sifariş olunmuş Malın qiyməti dəyişdirilə bilməz.

5.3. Malın dəyərinin ödənilməsi üsulları Saytda “Necə sifariş etmək – Ödəniş üsulları” bölməsində göstərilib. Razılaşdırılmış ödəniş üsulu Müştəri tərəfindən Sifarişin rəsmiləşdirilməsi zamanı mümkün ödəniş üsulları arasından seçilmiş üsul hesab edilir.

5.4. Malın dəyərinin bank kartları vasitəsilə ödənilməsi xüsusiyyətləri

5.4.1. RF MB-nin “Bank kartlarının emissiyası və ödəniş kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında” 24.12.2004-cü il tarixli 266-П saylı əsasnaməsinə müvafiq olaraq, bank kartları üzrə əməliyyatlar kartın sahibi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən həyata keçirilir.

5.4.2. Malın dəyərinin bank kartı vasitəsilə ödənildiyi halda, sifarişlərin verilməsi zamanı Müştəri adsız bank kartı ilə ödəniş halları istisna olmaqla, şəxsiyyətini təsdiq edə sənəd təqdim etməlidir.

5.4.3. Bank kartları ilə ödəniş qaydası Saytda “Sifarişin dəyərinin ödənilməsi üsulları. Bank kartı” bölməsində göstərilib.

5.4.4. Bank kartları üzrə əməliyyatların avtorizasiyası bank tərəfindən həyata keçirilir. Bankın əməliyyatın fırıldaqçılıq xarakteri daşımasını ehtimal etmək üçün əsasları olduqda, bank bu əməliyyatın həyata keçirilməsindən imtina etmək hüququna malikdir. Bank kartları ilə fırıldaqçılıq əməliyyatları RF CM-in 159-cu maddəsinin təsiri altına düşür. RF CM-in 159-cu maddəsinə əsasən fırıldaqçılıq başqasının əmlakının oğurlanması və ya başqasının əmlakının aldatma və ya sui-istifadə yolu ilə əldə olunması hesab edilir və 120 000 rubladək məbləğdə və ya məhkumun 1 ilədək dövr ərzində əmək haqqı və ya digər gəliri məbləğində cərimə və yaxud 180 saatadək müddətə icbari iş və ya 6 aydan 1 ilədək müddətə islahetmə işlər və yaxud 2 aydan 4 ayadək müddətə həbs və ya 2 il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

5.4.5. Ödəniş zamanı bank kartlarının müxtəlif növ qanunsuz istifadə üsullarına yol verməmək üçün Saytda rəsmiləşdirilmiş və bank kartı ilə əvvəlcədən ödənilmiş bütün Sifarişlər Satıcı tərəfində yoxlanılır. Satıcı Sifarişi səbəblərini izah etmədən ləğv etmək hüququnu özündə saxlayır. Sifarişin dəyəri sahibinin bank kartına qaytarılır.

5.4.6. ASSIST sistemi vasitəsilə bank kartları ilə ödəniş – real zamanda tranzaksiyaların avtorizasiyası və işlənməsini həyata keçirməyə imkan verən, internet vasitəsilə plastik və virtual kartlarla multibank ödənişlər sistemidir. ASSIST sistemində ödənişlərin təhlükəsizliyi məxfi informasiyanın sonrakı işlənmə üçün müştəridən ASSIST sisteminin serverinə ötürülməsi üçün SSL protokolundan istifadə etməklə təmin edilir. İnformasiyanın sonrakı ötürülməsi yüksək müdafiə səviyyəsinə malik qapalı bank şəbəkələri vasitəsilə həyata keçirilir. Müştərinin əldə olunmuş məxfi məlumatlarının işlənməsi (kart rekvizitləri, qeydiyyat məlumatları və s.) prosessinq mərkəzində həyata keçirilir. Beləliklə də, heç kəs, hətta satıcı belə müştərinin şəxsi və bank məlumatlarını, o cümlədən, onun digər mağazalarda etdiyi alış-veriş haqqında informasiya ala bilməz. İnformasiyanın müştəridən ASSIST sisteminin serverinə ötürülməsi mərhələsində sanksiyalaşdırılmamış girişdən müdafiəsi üçün SSL 3.0 protokolundan istifadə edilir, serverin sertifikatı (128 bit) rəqəmsal sertifikatların verilməsi üzrə tanınmış mərkəz olan Thawte şirkəti tərəfindən verilib. Diqqət! Bu məqamda təhlükəsizliyin yüksəldilməsi üçün ödəniş yalnız 3D-Secure proqramında iştirak edən kartlarla mümkündür (öz bankınızda dəqiqləşdirin).

6. MALIN GERİ QAYTARILMASI

6.1. Lazımi keyfiyyətdə olmayan malın geri qaytarılması.

6.1.1. Müştəri lazımi keyfiyyətdə olmayan Maldan imtina edə bilməz.

6.2. Lazımi keyfiyyətdə olmayan malın geri qaytarılması.

6.2.1. Müştəri lazımi keyfiyyətdə olmayan Malı istehsalçı və ya Satıcıya qaytara və Malın qüvvədə olduğu müddət ərzində ödənilmiş pul məbləğin geri qaytarılmasını tələb edə bilər. Müştəri həmçinin lazımi keyfiyyətdə olmayan Malın əvəz olunması və ya çatışmazlıqların aradan qaldırılmasını tələb edə bilməz.

6.2.2. Müştərinin müqavilədən və Şərtlərin 6.2.1 bəndinə əsasən mala görə ödənilmiş pul məbləğinin geri qatarılmasına dair tələbin irəli sürülməsindən imtina etdiyi halda, Malın dəyəri Satıcı tərəfindən Müştərinin yazılı ərizəsinin alındığı andan 10 gün ərzində Müştəriyə qaytarılmalıdır.

6.3. Pul vəsaitinin geri qaytarılması.

6.3.1. Pul vəsaiti Müştəri tərəfindən Malın dəyərinin ödənilməsi zamanı istifadə edilmiş üsulla geri qaytarılmalıdır. Bank kartı ilə ödəniş zamanı köçürülmüş vəsait SATICI tərəfindən 1 gündən 6 günədək müddətdə geri qaytarılacaq. Bank kartı ilə ödənilmiş sifarişin ləğv edildiyi halda, avtomatik olaraq ödənişin həyata keçirildiyi karta geri qaytarılmaz rəsmiləşdiriləcək. Vəsaitin bank kartına son daxilolma müddəti MC və VISA ödəniş sistemlərindən, eləcə də bankınızdan asılıdır.

6.3.2. Pul vəsaitinin qaytarılmasının Müştəri tərəfindən malın geri qaytarılması ilə eyni zamanda həyata keçirildiyi halda, qeyd edilən məbləğin geri qaytarılması Satıcı tərəfindən Müştərinin razılığı ilə aşağıdakı üsullardan biri ilə həyata keçirilir:

  1. a) Satıcının olduğu yer üzrə nağd pul vəsaiti ilə;
  2. b) poçt köçürməsi ilə;
  3. c) müvafiq məbləğin Müştərinin Müştəri tərəfindən göstərilmiş bank və ya digər hesabına köçürülməsi yolu ilə.

6.4. Satıcı tərəfindən çeşid şərtlərinin pozulduğu (çeşidlərin qarışdırıldığı) halda fəaliyyət qaydası.

6.4.1. Sifarişdə sifariş olunmuş çeşidə uyğun olmayan Malın (çeşidlərin qarışmasının) aşkarlandığı halda, Müştəri sifarişin verilməsi zamanı bu Maldan imtina etmək və Sifarişlə nəzərdə tutulmuş çeşidə uyğun Malla əvəz olunmasını və yaxud faktiki olaraq təhvil verilməmiş Mala görə pul vəsaitinin qaytarılmasını tələb etmək hüququna malikdir.

6.4.2. Müştəriyə çeşid şərtləri pozulmaqla təhvil verilmiş Mal Satıcıya qaytarılmalıdır. Müştərinin bu Malı qəbul etdiyi halda, Satıcı Müştəridən Malın təhvil verilməsi anına Satıcı tərəfindən Saytda bu Mala görə müəyyən edilmiş qiymətlə ödəniş tələb etmək hüququna malikdir. Faktiki təhvil verilmiş Malın Satıcının Malın təhvil verilməsi anına Saytda təqdim edilmiş çeşidlər arasında olmadığı halda, bu Malın dəyəri Satıcı ilə razılaşdırılmış qiymətlə ödənilir.

6.4.3. Malın dəyişdirilməsinin mümkün olmadığı halda, Satıcı Müştərini bu barədə Müştəri tərəfindən Sifarişin rəsmiləşdirilməsi zamanı göstərilmiş telefon nömrəsi ilə xəbərdar edir, təhvil verilmiş Mala görə faktiki ödənilmiş pul vəsaiti isə 6.4.4 bəndində nəzərdə tutulmuş qaydada geri qaytarılır.

6.4.4. Müştəri tərəfindən faktiki olaraq təhvil verilməmiş Mala görə ödənilmiş pul vəsaiti Müştərinin pul vəsaitinin qaytarılmasına dair yazılı ərizəsinin alındığı andan 10 gün ərzində geri qaytarılmalıdır. Mala görə ödənilmiş məbləğin geri qaytarılması ödənişin həyata keçirildiyi üsulla həyata keçirilir.

6.5. Satıcı tərəfindən miqdarla bağlı şərtlərin pozulması zamanı fəaliyyət qaydası.

6.5.1. Sifarişin təhvil verilməsi zamanı Müştəri Sifarişdə Malların sayını yoxlamalıdır. Sifarişin təhvil verilməsi zamanı Müştəri tərəfindən Sifarişdə Mal sayının fərqli olduğunun aşkarlandığı halda, Müştəri Satıcı və ya daşıyıcının nümayəndəsinin iştirakı ilə Miqdar fərqi haqqında akt tərtib etməlidir.

6.5.2. Satıcının Müştəriyə Sifarişlə müəyyən edildiyindən daha az sayda Mal təhvil verdiyi (natamam sifariş) halda, Müştəri Sifarişin təhvil verilməsi zamanı Malın Sifarişə uyğun hissəsini təhvil almaq və Malın çatışmayan miqdarının təhvil verilməsini tələb etmək və yaxud çatışmayan Malın dəyərinin ödənildiyi halda, Sifarişin çatışmayan Malla bağlı hissəsindən imtina etmək və çatışmayan Mala görə pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququna malikdir.

6.5.3. Müştəri tərəfindən çatışmayan Mala görə ödənilmiş pul vəsaiti Müştərinin pul vəsaitinin qaytarılması haqqında yazılı ərizəsinin, eləcə də 6.5.1 bəndi qaydasında tərtib edilmiş Miqdar fərqi haqqında aktın (Natamam sifariş haqqında aktın) alındığı andan 10 gün ərzində geri qaytarılmalıdır. Mala görə ödənilmiş məbləğin geri qaytarılması ödənişin həyata keçirildiyi üsulla həyata keçirilir.

6.5.4. Müştəri tərəfindən 6.5.1 bəndinin Aktın tərtib edilməsi ilə bağlı hissəsinin pozulduğu halda, Satıcı Müştəriyə təhvil verilmiş Malın sayı ilə bağlı iddiaların təmin edilməsindən imtina etmək hüququna malikdir.

6.6. Malın miqdarı və geri qaytarılması ilə bağlı iddiaların təhvil verilməsi qaydasına dair ətraflı informasiya burada təqdim edilib.

7. ƏQLİ MÜLKİYYƏT

7.1. Saytda olan bütün mətn formasında informasiya və qrafik təsvirlər Satıcı və/və ya onun kontragentlərinin mülkiyyətidir.

8. ZƏMANƏTLƏR VƏ MƏSULİYYƏT

8.1. Satıcı Saytda sifariş olunmuş Malların lazımi şəkildə istifadə edilməməsi nəticəsində Müştəriyə dəymiş zərərə görə məsuliyyət daşımır.

8.2. Satıcı Xarici saytların məzmunu və işinə görə məsuliyyət daşımır.

8.3. Satıcı onun Müştəri ilə münasibətlərindən irəli gələn hüquq və vəzifələrini üçüncü şəxslərə təkrar güzəşt etmək və ya hər hansı bir üsulla ötürmək hüququna malik deyil.

8.4. Müştəri sifariş olunmuş Malı sahibkarlıq məqsədi ilə istifadə etməməyi öz öhdəsinə götürür.

9. ŞƏXSİ İNFORMASİYANIN MƏXFİLİYİ VƏ MÜHAFİZƏSİ

9.1. Müştəri tərəfindən informasiyanın təqdim edilməsi:

9.1.1. Sayt vasitəsi ilə və/və ya Saytda, iOS, Android, vk.com və digər tətbiqlərdə qeydiyyatdan keçməklə Mal sifarişi zamanı Müştəri aşağıdakı informasiyanı təqdim edir: Soyad, ad, elektron poçt ünvanı, çatdırılma ünvanı, telefon nömrəsi, Sayta giriş üçün şifrə. Müştəri bununla təsdiq edir ki, onun tərəfindən Satıcıya təqdim edilmiş, Sifarişin verilməsi və ya Saytda qeydiyyat zamanı göstərilmiş elektron poçt ünvanı məhz Müştəriyə məxsusdur, eləcə də Satıcıya təqdim edilmiş, Sifarişin verilməsi və ya Saytda qeydiyyat zamanı göstərilmiş nömrə rabitə operatoru tərəfindən Müştəriyə ayrılmış telefon nömrəsidir və Müştəri Sifarişin verilməsi və ya Saytda qeydiyyat zamanı onun tərəfindən qeyri-düzgün məlumatların göstərilməsi ilə bağlı Satıcıya dəyə biləcək istənilən zərəri tam həcmdə ödəməyi öz öhdəsinə götürür.

9.2. Sayt vasitəsi ilə və/və ya Saytda, iOS, Android, vk.com və digər tətbiqlərdə qeydiyyatdan keçməklə Mal sifarişi zamanı öz şəxsi məlumatlarını təqdim etməklə Müştəri onların Satıcı tərəfindən istər avtomatlaşdırma vasitələrindən istifadə etməklə, istərsə də onlardan istifadə etmədən, o cümlədən, Satıcı tərəfindən mallar və xidmətlərin irəli çəkilməsi məqsədi ilə aşağıdakı şərtlərlə işlənməsi və istifadəsinə razılıq verir:

9.2.1. Satıcı Müştərinin şəxsi məlumatlarını onların elektron verilənlər bazasına daxil edilməsi, siyahılara (reyestrlərə), hesabat formalarına daxil edilməsi vasitəsilə, eləcə də işlənmə məqsədlərinə müvafiq olan istənilən digər üsullarla emal etmək hüququna malikdir.

9.2.2. Müştəri Satıcı və üçüncü şəxslər arasında şəxsi məlumatların mübadiləsinə (qəbul edilməsi, ötürülməsi, o cümlədən, transsərhəd ötürülməsinə) razılıq verir. Bu cür mübadilə (qəbul, ötürülmə) Müştəriyə əlavə məlumat verilmədən həyata keçirilir.

9.2.3. Müştəri şəxsi məlumatlarının RF-in səlahiyyətli dövlət orqanı və federal müəssisəsi tərəfindən bu cür orqanlar və müəssisələrin müvafiq yazılı sorğusu ilə ötürülməsinə razılıq verir. Bu cür ötürülmə Müştəriyə əlavə məlumat verilmədən həyata keçirilir.

9.2.4. Şəxsi məlumatların işlənməsi zamanı aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər: yığılma, yazılma, sistemləşdirmə, toplanma, saxlanma, dəqiqləşdirmə (yenilənmə, dəyişdirilmə), çıxarılma, istifadə, ötürülmə (yayılma, təqdim edilmə, giriş, transsərhəd ötürülməsi), simasızlaşdırma, bloklama, silinmə, məhv edilmə, eləcə də istənilən digər hərəkətlər.

9.2.5. Müştəri tərəfindən bu Qaydalara müvafiq olaraq Satıcıya verilmiş razılıq Müştəri tərəfindən Şəxsi kabinetdə alınmış elektron məktubdan keçidlə “İmtina” formasından istifadə etməklə müvafiq abunə tənzimləmələrinin dəyişdirilməsi yolu ilə geri götürülə bilər. İstifadəçinin qeyd edilən formada yanlış məlumatlar doldurduğu və ya bütün sətirləri doldurmadığı halda, Şirkət İstifadəçiyə reklam-informasiya xarakterli məlumatlar göndərməyə davam etmək hüququna malik olacaq. Bu halda, Müştəridən alınmış bütün informasiya (o cümlədən, istifadəçi adı və şifrə) Satıcının müştəri bazasından silinir və Müştəri Saytda Sifarişlər yerləşdirə bilməyəcək.

9.3. Müştəri tərəfindən təqdim edilmiş və Satıcı tərəfindən alınmış informasiyanın istifadəsi.

9.3.1. Satıcı informasiyadan:

  • Müştərinin Saytda, iOS, Android, vk.com və ya digər tətbiqlərdə qeydiyyatı üçün;
  • Malın satışı zamanı Müştəri qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün;
  • iOS, Android, vk.com və ya digər tətbiqlərdə Saytın işinin qiymətləndirilməsi və təhlili üçün;
  • Satıcı tərəfindən aparılan aksiyalarda qalibin müəyyən edilməsi üçün istifadə edir.

9.4. Satıcı tərəfindən alınmış informasiyanın açıqlanması:

9.4.1. Satıcı Müştəridən alınmış informasiyanı açıqlamamağı öz öhdəsinə götürür. Satıcı tərəfindən informasiyanın Müştəri qarşısında öhdəliklərin icrası üçün Satıcı ilə müqavilə əsasında fəaliyyət göstərən agentlər və üçüncü şəxslərə təqdim edilməsi pozuntu hesab edilmir.

9.4.2. İnformasiyanın qanunun əsaslandırılmış və tətbiq edilən tələblərinə müvafiq olaraq açıqlanması öhdəliklərin pozuntusu hesab edilmir.

9.5. Satıcı “cookies” texnologiyasından istifadə etmək hüququna malik deyil. “Cookies” məxfi informasiyanı ehtiva etmir və üçüncü şəxslərə ötürülmür.

9.6. Satıcı www.pizzahut.ru saytının istifadəçisinin ıp-ünvanı haqqında informasiya alır. Bu informasiya istifadəçinin şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə edilmir.

9.7. Satıcı Müştərinin istifadəçi adı və şifrəsinin üçüncü şəxsə məlum olması nəticəsində Müştəriyə dəymiş zərərlərə görə məsuliyyət daşımır.

9.8. Satıcıda Müştərinin uçot qeydinin üçüncü şəxs və ya zərərverici proqram təminatı tərəfindən istifadə edilməsi ilə bağlı şübhələrin yarandığı halda, Satıcı Müştərinin şifrəsini birtərəfli qaydada dəyişmək hüququna malikdir.

10. DİGƏR ŞƏRTLƏR

10.1. Müştəri və Satıcı arasında münasibətlərə Rusiya Federasiyasının hüququ tətbiq edilir.

10.2. Müştəri tərəfindən suallar və etirazların yarandığı halda, o Saytda Əks əlaqə forması vasitəsilə Satıcının müştərilərlə iş xidmətinə müraciət etməlidir. Bütün yaranan mübahisələri tərəflər danışıqlar yolu ilə həll etməyə çalışacaqlar, razılığın əldə olunmadığı halda, mübahisə qüvvədə olan RF qanunvericiliyinə müvafiq olaraq məhkəmə orqanının baxışına veriləcək.

10.3. Bu Şərtlər və qaydaların hər hansı bir müddəasının məhkəmə tərəfindən etibarsız hesab edilməsi digər müddəaların etibarsızlığına səbəb olmur.